U-21-dən Türkiyədə iki sınaq

  • Bu gün, 19:33

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışı çərçivəsində Türkiyədə iki yoldaşlıq oyunu keçirəcək.

Sportlife.az xəbər verir ki, U-21 mayın 28-dən 30-dək Bakıda, mayın 31-dən iyunun 10-dək isə Türkiyənin İsparta şəhərində hazırlıq prosesi keçəcək.

Yığma iyunun 6-da Bəhreyn, iyunun 9-da isə Qırğızıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

“Sav” stadionunda baş tutacaq hər iki görüş Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.


Paylaş: