ABŞ-dan İraq futbolçularına imtina

  • Bu gün, 12:33

İraq milli komandasının beş futbolçusuna 2026-cı il Dünya Kubokunda iştirak etmək üçün ABŞ vizası verilməyib.

Sportlife.az xəbər verir ki, bu barədə İraq Futbol Federasiyasının sözçüsü Qalib əl-Zameli "Shafaq News"a bildirib.

Onun sözlərinə görə, İbrahim Bayesh, Mohannad Ali, Zeid Tahsin, Haidar Abdul-Karim və Ali Al Hamadinin ABŞ-a girişi naməlum səbəblərdən rədd edilib.

Federasiya üzvü təşkilatın vəziyyəti tez bir zamanda həll etmək üçün FIFA ilə əlaqə saxlamaq niyyətində olduğunu və məsələnin milli komandanın əsas oyunçuları ilə bağlı olduğunu vurğulayıb.

Qeyd edək ki, 2026-cı il Dünya Kubokunda ilk dəfə 48 komanda iştirak edəcək və turnirə ABŞ, Kanada və Meksika ev sahibliyi edəcək. Turnir 11 iyun - 19 iyul tarixlərində keçiriləcək.

İraq millisi Fransa, Norveç və Seneqalla eyni qrupda yer alıb.


Paylaş: