Yeniyetmə cüdoçularımız Avropa sınağında

  • Bu gün, 10:18

16–17 may tarixlərində Polşanın Bielsko-Biała şəhərində yeniyetmələr arasında cüdo üzrə Avropa Kuboku keçiriləcək.

Sportlife.az xəbər verir ki, Avropa Cüdo Birliyi tərəfindən təşkil olunacaq turnirdə Azərbaycan millisi 16 çəki dərəcəsində 31 cüdoçu ilə təmsil olunacaq.

Heyətdə 17 oğlan və 14 qız cüdoçu yer alıb. Yeniyetmə oğlanlardan ibarət yığmaya baş məşqçi Emin İskəndərov, məşqçilər Nicat Şıxəlizadə və Kotaro Sasaki rəhbərlik edəcək. Yeniyetmə qızlardan ibarət komandanın baş məşqçisi Elnur İsmayılov, məşqçisi isə Əmrah Əhmədov olacaq.

Beynəlxalq turnirdə 36 ölkədən 786 idmançının (449 oğlan, 337 qız) iştirak edəcəyi bildirilir.


Paylaş: