"Qarabağ"ın ilk transferi

  • Dünən, 11:01

"Qarabağ"ın heyətinə qatacağı ilk futbolçu müəyyənləşib.

Sportlife.az xəbər verir ki, Ağdam klubu Kiprin "Omonia" klubunda çıxış edən Jali Muaddiblə razılığa gəlib.

Məlumatı Nikosiya təmsilçisinin baş meneceri Giorqos İrakleus təsdiqləyib.

O, “Sport FM” radiosuna açıqlamasında tərəflər arasında öncədən anlaşma əldə olunduğunu bildirib:

“Muaddibin “Qarabağ”la razılığı var. O, gələn mövsüm komandamızda olmayacaq”.

Qeyd edək ki, 25 yaşlı vingerin “Omoniya” ilə müqaviləsi mövsümün sonunda başa çatacaq. Fransalı futbolçu cari mövsümdə 31 oyunda 4 qol vurub, 7 məhsuldar ötürmə edib.


Paylaş: