London klubunda zədə şoku

  • Bu gün, 09:00

"Arsenal" klubu ciddi itki ilə üzləşib.

Sportlife.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanın sağ cinah müdafiəçisi Ben Vayt mövsümü erkən başa vurub.

28 yaşlı futbolçu Premyer Liqanın 36-cı turunda "Vest Hem"lə (1:0)  qarşılaşmada zədələnib. Müayinələrdən sonra ona medial diz bağının zədələnməsi diaqnozu qoyulub.

Qeyd edək ki, Vayt bu mövsüm "Arsenal"ın heyətində 30 oyunda meydana çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.


Paylaş: