"Qarabağ" oyununa 5 manatdan başlayan biletlər

  • Bu gün, 11:50

"Qarabağ" Premyer Liqanın XXXII turu çərçivəsində keçiriləcək “Qarabağ” – “İmişli” oyununun biletlərini satışa çıxarır.

Sportlife.az xəbər verir ki, biletlər bu gün saat 15:00-dan etibarən satışda olacaq.

Biletlərin qiyməti sektorlara uyğun olaraq 5–20 manat arasında dəyişir.

Azarkeşlər biletləri iTicket.az vasitəsilə onlayn əldə edə biləcəklər. Oyun günü isə biletlər həm stadionun kassalarında, həm də onlayn satışda olacaq.

Qeyd edək ki, stadionun qapıları azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq.


Paylaş: