“Bavariya”dan Noyer qərarı
"Bavariya" Manuel Noyerlə yeni müqavilə imzalayıb.
Sportlife.az xəbər verir ki, 40 yaşlı qolkiperin yeni sözləşməsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub.
Noyer 2011-ci ildən Münhen klubunun formasını geyinir. O, “Bavariya” ilə 13 Almaniya çempionluğu, 5 Almaniya Kuboku və 2 UEFA Çempionlar Liqası titulunu qazanıb.
Təcrübəli qapıçı Almaniya millisi ilə 2014-cü ildə dünya çempionu olub.
Noyer bu mövsüm bütün turnirlərdə 36 oyuna çıxıb. O, 39 qol buraxıb, 11 matçda qapısını toxunulmaz saxlayıb.