Nəriman Axundzadənin MLS-dəki qazancı

  • Bu gün, 12:10

Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin ABŞ təmsilçisi “Kolambus Kryu”dakı maaşı məlum olub.

Sportlife.az xəbər verir ki, bu barədə MLS Oyunçular Assosiasiyasının rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, 22 yaşlı hücumçunun illik maaşı 550 min ABŞ dollarıdır. Vergilər və bonuslarla birlikdə isə bu məbləğ 633 389 dollara çatır.

Qeyd edək ki, Nəriman Axundzadə bu ilin fevralında "Qarabağ"dan “Kolambus Kryu”ya transfer olunub. O, MLS təmsilçisi ilə 2029-cu ilin iyun ayına qədər müqavilə imzalayıb.


Paylaş: