"Araz-Naxçıvan"da ilk ayrılıq

  • Dünən, 11:36

“Araz-Naxçıvan” Vanderson Melo ilə yollarını ayırıb.

Sportlife.az-ın əldə etdiyi məlumata görə, klubla futbolçu arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Braziliyalı yarımmüdafiəçi hazırda vətənindədir.

Qeyd edək ki, Vanderson yanvar ayında zədələnmişdi. Onun mövsümün sonuna qədər yaşıl meydanlardan uzaq qalacağı bildirilirdi. Lakin tərəflər əməkdaşlığı başa çatdırmaq qərarı verib.


Paylaş: