Toni Kroosdan “Real”a sərt sözlər
Toni Kroos “Real”ın nəticələrini sərt tənqid edib.
Sportlife.az xəbər verir ki, sabiq yarımmüdafiəçi Madrid klubunun son mövsümlərdəki çıxışını qəbuledilməz adlandırıb.
Kroos ardıcıl iki mövsüm titulsuz qalmağın “Real” üçün normal olmadığını bildirib.
Alman futbolçu uğursuz nəticələrin klubdaxili atmosferlə bağlı olduğunu və komandadakı vəziyyətin onu məyus etdiyini söyləyib.