"Bakı–Xankəndi” beynəlxalq yarışında dördüncü mərhələ
Bu gün "Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının dördüncü mərhələsi start götürüb.
Sportlife.az xəbər verir ki, 152,9 kilometr məsafəni əhatə edəcək raund Gəncədə başlayıb Naftalanda yekunlaşacaq.
İlk etapda Çinin "Li-Ninq Star" komandasının belaruslu üzvü Aleksey Şnirko, ikincidə isə "Astana"nın qazaxıstanlı velosipedçisi Yevgeni Fyodorov, üçüncü mərhələdə digər "Astana"lı, rusiyalı Qleb Suritsa qalib olub.
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda mübarizə aparır. Beş mərhələdən ibarət olan yarışın mükafat fondu 50 000 avrodan çoxdur.
Yarışa mayın 14-də Xankəndi şəhərində yekun vurulacaq.