“Turan Tovuz”lu “Braqa”nın radarında
"Turan Tovuz"un futbolçusu Joarlem Santos Portuqaliya təmsilçisi "Braqa"nın maraq dairəsinə düşüb.
Sportlife.az Portuqaliya mətbuatına istinadən xəbər verir ki, “Braqa” bir müddətdir 31 yaşlı hücumçunun çıxışını izləyir.
Məlumata görə, Joarlem Santosa Braziliya, Çin və Cənubi Koreya klubları da maraq göstərir.
Qeyd edək ki, braziliyalı futbolçu bu mövsüm bütün turnirlərdə keçirdiyi 29 oyunda 10 qol vurub, 2 məhsuldar ötürmə edib.