"Zirə”də final öncəsi zədə problemi
"Zirə" Azərbaycan Kubokunun final oyunu öncəsi ciddi itki ilə üzləşib.
Sportlife.az xəbər verir ki, “qartallar”ın yarımmüdafiəçisi Hacıağa Hacılı zədə səbəbindən "Sabah"la keçiriləcək həlledici görüşü buraxacaq.
Bu barədə komandanın baş məşqçisi Rəşad Sadıqov oyunöncəsi mətbuat konfransında məlumat verib. O bildirib ki, futbolçu məşq zamanı zədələnib.
“Sabah” – “Zirə” final qarşılaşması sabah saat 20:00-da başlayacaq.