Şamaxıda iki həlledici qarşılaşma
AFFA Region Liqasında 2025/2026 mövsümünün final və III yer uğrunda oyununun keçirilmə məkanı və başlama saatı müəyyənləşib.
Sportlife.az xəbər verir ki, həlledici qarşılaşmalar mayın 18-də Şamaxı şəhər stadionunda təşkil olunacaq.
İlk olaraq saat 11:00-da III yer uğrunda oyunda “Biləsuvar” və “Şəfəq” komandaları üz-üzə gələcək.
Final qarşılaşması isə saat 16:00-da keçiriləcək. Həlledici oyunda “Zəngəzur” və “Marafon” komandaları qarşılaşacaq.