Bolqarıstanda azərbaycanlı imzası
Azərbaycan millisinin üzvü Cəlal Hüseynovun çıxış etdiyi "Arda" Bolqarıstan çempionatında növbəti oyununa çıxıb.
Sportlife.az xəbər verir ki, Kırcalı təmsilçisi 34-cü turda səfərdə "Botev"lə qarşılaşıb.
Görüş “Arda”nın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Hər iki qolu start heyətdə meydana çıxan Cəlal Hüseynov vurub.
“Arda” 48 xalla 7-ci pillədə qərarlaşıb.