UFC-də növbəti azərbaycanlı
Azərbaycanlı MMA döyüşçüsü Fərman Həsənov karyerasında ilk dəfə UFC-də oktaqona çıxacaq.
Sportlife.az xəbər verir ki, həmyerlimiz yarıorta çəki dərəcəsində təşkil olunacaq qarşılaşmada Erik Nolan ilə gücünü yoxlayacaq.
Bakıda keçiriləcək döyüş gecəsində baş tutacaq görüş "UFC Fight Night Baku" çərçivəsində reallaşacaq.
Turnir iyunun 27-də Milli Gimnastika Arenasında təşkil ediləcək.