Azərbaycan Kuboku finalına maraq böyükdür
Futbol üzrə Azərbaycan Kubokunun final oyununa 7000-dən çox bilet satılıb.
Sportlife.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası AZƏRTAC-ın sorğusuna cavab olaraq məlumat verib.
Bildirilib ki, satışa çıxarılan 8131 biletdən hazırda təxminən 1000-i qalıb.
Qeyd edək ki, mayın 13-də “Palms Sports Arena”da “Sabah” və “Zirə” arasında keçiriləcək final oyunu saat 20:00-da başlayacaq.