Osiyekdə bürünc medal uğuru

  • Dünən, 09:30

Azərbaycanın qadınlardan ibarət atıcılıq millisi Avropa çempionatında bürünc medal qazanıb.

Sportlife.az xəbər verir ki, komandamız Xorvatiyanın Osiyek şəhərində keçirilən Avropa çempionatında 25 metr standart tapança yarışında uğurlu çıxış edərək fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

Azərbaycan millisinin heyətində yer alan Nigar Nəsirova, Zeynəb SultanovaXana Əliyeva yarış ərzində yüksək dəqiqlik və əzmkarlıq nümayiş etdirərək medalçılar siyahısına düşüblər.


Paylaş: