Stolüstü tennisçilər Çin toplanışında

  • Bu gün, 15:00

Azərbaycanın stolüstü tennisçiləri qarşıdakı beynəlxalq yarışlara hazırlığı davam etdirir.

Sportlife.az xəbər verir ki, daha 6 idmançı bu məqsədlə bu gün Çin Xalq Respublikasına yola düşüb. Seçmə komandanın üzvləri – Zemfira Mikayılova, Mərziyyə Nurmətova, Ləman Abdulhəmidova, Aylin Əsgərova, Rüstəm Hacılı və Adil Əhmədzadə mayın 27-dək baş məşqçi Fərhad İsmayılovun rəhbərliyi ilə Çinin Hebey əyalətinin paytaxtı Şijiazuanqda yerli idmançılarla birgə məşq proseslərində iştirak edəcək.

İdmançılar beynəlxalq təlim-məşq toplanışının ardınca Qazaxıstanda keçiriləcək “Avrasiya Liqasına” qatılacaqlar. Qızlar mayın 28-dən 31-dək Astana, oğlanlar isə Taraz şəhərində təşkil olunacaq yarışda mübarizə aparacaqlar.


Paylaş: