"Roma" il Dibala arasında kritik görüş

  • Dünən, 18:21

Paulo Dibalanın "Roma"dakı gələcəyi ilə bağlı bu gün vacib görüş keçiriləcək.

Sportlife.az xəbər verir ki, bu barədə italyan jurnalist Canluka Di Marsio  məlumat yayıb.

Görüşdə klub rəhbərliyi futbolçunun meneceri ilə yeni müqaviləni müzakirə edəcək.

Müqaviləsi iyunda başa çatan Dibala "Roma"da qalmaq istəyir. Argentinalının adı həm də "Boka Xuniors"la hallanır.


Paylaş: