“Sabah” Puxaç transferini rəsmiləşdirdi
“Sabah" Timoteuş Puxaçın transferini rəsmiləşdirib.
Sportlife.az xəbər verir ki, klub Almaniyanın “Holstein Kiel” komandası ilə aparılan danışıqları uğurla yekunlaşdıraraq 27 yaşlı futbolçunun transfer hüquqlarını tam şəkildə əldə edib. Polşalı müdafiəçi ilə 3 illik müqavilə imzalanıb.
Puxaç ötən ilin sentyabrından etibarən “Sabah”ın heyətində çıxış edirdi. O, cari mövsümdə bütün turnirlərdə 33 oyuna çıxaraq 2 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.