Nazirdən Xankəndi stadionu açıqlaması
Gənclər və idman naziri Fərid Qayıbov Xankəndi stadionunda aparılan işlərlə bağlı son vəziyyəti açıqlayıb.
Sportlife.az xəbər verir ki, nazir arenanın avqust və ya sentyabr aylarınadək tam hazır vəziyyətə gətiriləcəyini bildirib.
F.Qayıbovun sözlərinə görə, III MDB Oyunları çərçivəsində stadionda oxatma yarışlarının təşkili bərpa prosesində müəyyən gecikməyə səbəb olub.
Nazir həmçinin qeyd edib ki, stadion üçün nəzərdə tutulan bəzi avadanlıqlar xaricdən gətiriləcək.