Neko Vilyams üçün Premyer Liqada rəqabət
“Nottingem Forest” Neko Vilyamsla yeni müqavilə üçün danışıqlara başlayıb.
Sportlife.az xəbər verir ki, bu barədə “BBC Sport” məlumat yayıb.
25 yaşlı müdafiəçinin maaş və müqavilə şərtlərinin yaxşılaşdırılması nəzərdə tutulur. Futbolçu ilə “Nyukasl”, “Mançester Yunayted”, “Aston Villa” və “Everton” klubları da maraqlanır.
“Nottingem Forest” rəhbərliyi isə oyunçunu komandada saxlamaqda israrlıdır və yeni müqavilə ilə digər klubların transfer cəhdlərinin qarşısını almağı planlaşdırır.
Neko cari mövsümdə bütün turnirlərdə 51 oyuna çıxaraq 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. O, komandasının Premyer Liqada qalmasında əsas fiqurlardan biri olub.