I Liqada həlledici qarşılaşmalar
Bu gün Azərbaycan I Liqasında 26-cı tura yekun vurulacaq.
Sportlife.az xəbər verir ki, turun ikinci oyun günündə nəzərdə tutulan 4 matçın hamısı eyni saatda başlayacaq.
Bugünkü görüşlər mövsümün taleyinə ciddi təsir göstərə bilər. Belə ki, həm çempionun, həm də Premyer Liqaya yüksəliş uğrunda pley-offa vəsiqə qazanacaq komandanın adına aydınlıq gəlməsi mümkündür.
Turun diqqətçəkən matçında “Şəfa” “Cəbrayıl”ı qəbul edəcək. Paytaxt təmsilçisi qələbə qazanacağı halda çempionluğu rəsmiləşdirəcək və elitaya birbaşa vəsiqəni təmin edəcək.
Digər maraqlı qarşılaşmada “Səbail” “Şahdağ Qusar”la üz-üzə gələcək. Bakı klubu qalib gələcəyi təqdirdə pley-off uğrunda mübarizədə böyük üstünlük əldə edəcək. Bu halda “Mingəçevir” və “Baku Sportinq” artıq “dənizçilər”ə çata bilməyəcək.
Azərbaycan I Liqası
26-cı tur
17.00. “Mingəçevir” – MOİK
Hakimlər: Rövşən Rəcəbov, Aydın Baxşıyev, Rəşad Quliyev, Səbuhi Bayramov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança).
17.00. “Səbail” – “Şahdağ Qusar”
Hakimlər: Əliyar Ağayev, Sənan Atayev, Rəhman Aslanov, Murad Səlimov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Seymur Səlimli.
“Bayıl Arena”.
17.00. “Baku Sportinq” – “Zaqatala”
Hakimlər: Maqsud Şamıyev, Zöhrab Abbasov, Kərim Zeynalov, Nicat İsmayıllı.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Buzovna qəsəbə stadionu.
17.00. “Şəfa” – “Cəbrayıl”
Hakimlər: Niyaz Əhmədov, Vüqar Bayramov, Eyyub İbrahimov, Cavid Cəlilov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Binə qəsəbə stadionu.
Xatırladaq ki, ötən gün baş tutan açılış oyununda “Difai” “Şimal”ı 1:0 yenərək sonuncu pillədən qurtulub.