AFFA-dan “Zirə”yə cəza
AFFA İntizam Komitəsi “Zirə”ni cərimələyib.
Sportlife.az xəbər verir ki, Azərbaycan Kubokunun “Sabah”la final qarşılaşmasında “Zirə”nin beş futbolçusu sarı vərəqə aldığı üçün klub 700 manat cəzaya məruz qalıb.
Qeyd edək ki, final görüşü “Sabah”ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.