“Portu” prezidentindən Levandovski açıqlaması

  • Dünən, 15:00

“Porto” prezidenti Andre Villaş-Boaş Robert Levandovski transferi ilə bağlı yayılan iddialara münasibət bildirib.

Sportlife.az xəbər verir ki, klub rəsmisi polşalı hücumçunun maaşının “Portu” üçün əlçatmaz olduğunu vurğulayaraq, bu keçidin maliyyə baxımından mümkün görünmədiyini açıqlayıb.

Məlumata görə, 37 yaşlı futbolçu yay transfer dönəmində “Barselona”dan ayrıla bilər. Levandovski ilə Avropa, ABŞ və Səudiyyə Ərəbistanından bir sıra klubların maraqlandığı bildirilir.

İddialara əsasən, “Əl-Hilal” təcrübəli hücumçuya illik 90 milyon avro dəyərində müqavilə təklif edib.

Levandovski cari mövsümdə “Barselona”nın heyətində 44 oyunda 18 qol vurub.


Paylaş: