Bernardo Silva hansı klubu seçəcək?

  • Bu gün, 15:38

“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva mövsümün sonunda klubdan ayrılacaq.

Sportlife.az xəbər verir ki, müqaviləsi iyunun sonunda başa çatan portuqaliyalı futbolçu yeni klubunu hələ müəyyənləşdirməyib.

Silva gələcəyi ilə bağlı qərarını dünya çempionatından əvvəl verəcəyini bildirib.

Silva 2017-ci ildən “City”də çıxış edir. O, bu müddətdə 450-dən çox oyun keçirib və 18 kubok qazanıb.


Paylaş: