“Liverpul”un ulduzu üçün yeni təklif
“Liverpul”un qapıçısı Alisson Bekkerin gələcəyi qeyri-müəyyən olaraq qalır.
Sportlife.az "Globo Esporte" nəşrinə istinadən xəbər verir ki, braziliyalı futbolçu “Yuventus”la danışıqlar aparır.
Məlumata görə, tərəflər arasında müzakirələr artıq irəliləmiş mərhələyə çatıb. Alissonun müqaviləsi gələn ilin yayına qədər nəzərdə tutulub.
33 yaşlı qolkiper 2018-ci ildən “Liverpul”da çıxış edir. O, komanda ilə bir sıra titullar qazanıb və uzun illər əsas heyətin dəyişməz üzvlərindən olub.