Vardidən illər sonra “Arsenal” etirafı
“Lester”in sabiq hücumçusu Ceymi Vardi 2016-cı ildə “Arsenal”ın təklifini niyə qəbul etmədiyini açıqlayıb.
Sportlife.az xəbər verir ki, ingiltərəli futbolçu qərarında həm taktiki amillərin, həm də şəxsi düşüncələrinin rol oynadığını bildirib.
Vardinin sözlərinə görə, o, “Arsenal”ın oyun üslubunun özünə uyğun olmadığını düşünüb. Hücumçu “Lester”də qalmağın onun üçün daha doğru seçim olduğunu qeyd edib.