“Difai” İkinci Liqaya, “Şimal” pley-off mərhələsinə
Bu gün Azərbaycan I Liqasında mövsümün son turu start götürüb.
Sportlife.az xəbər verir ki, XXVII turda Liqanı tərk edəcək komanda müəyyənləşib.
“Difai” komandası MOİK-ə 0:4 hesabı ilə məğlub olaraq çempionatı sonuncu yerdə bitirib və 1-ci Liqanı tərk edib.
“Şimal” isə “Cəbrayıl”a 3:2 hesabı ilə qalib gələrək sonuncu pillədən qurtularaq çempionatda qalmaq şansını saxlayıb. Xaçmaz təmsilçisi 2-ci Liqanı ikinci sırada başa vuran “Qaradağ Lökbatan”la pley-off görüşündə qarşılaşacaq.
1 matçdan ibarət olan qarşılaşmada qələbə qazanan tərəf 2026/2027 mövsümündə 1-ci Liqada çıxış etmək hüququ qazanacaq.
Azərbaycan I Liqası
XXVII tur
21 may
MOİK – "Difai" 4:0
"Cəbrayıl" – "Şimal" 2:3