Kazemiroya ABŞ-dan təklif

  • Bu gün, 14:47

Kazemiro karyerasını MLS-də davam etdirə bilər.

Sportlife.az xəbər verir ki, bu barədə məşhur insayder Fabrisio Romano məlumat yayıb.

Bildirilir ki, “İnter Mayami” artıq bir neçə aydır futbolçunun menecerləri ilə danışıqlar aparır.

“Mançester Yunayted”İn təcrübəli yarımmüdafiəçisi özü də ABŞ klubuna keçməyə müsbət yanaşır və tərəflər müqavilənin yaxın zamanda yekunlaşacağını gözləyirlər.

34 yaşlı dayaq yarımmüdafiəçisi cari mövsümdə bütün turnirlərdə 35 oyuna çıxıb, 9 qol vurub və 2 məhsuldar ötürmə edib.

 “Transfermarkt”ın məlumatına əsasən, futbolçunun hazırkı bazar dəyəri 8 milyon avro qiymətləndirilir.


Paylaş: