Alonsonun "Çelsi"də ilk hədəfi
"Bayer"in müdafiəçisi Edmond Tapsoba karyerasını İngiltərədə davam etdirə bilər.
Sportlife.az xəbər verir ki, bu barədə Jurnalist Qrem Beyli məlumat yayıb.
O, qeyd edib ki, "Çelsi"nin yeni baş məşqçisi Xabi Alonso onu komandasına qatmaq istəyir. Tapsoba daha əvvəl "Bayer Leverkuzen"də ispaniyalı mütəxəssisin rəhbərliyi altında çıxış edib.
Edmond “Bayer Leverkuzen”lə müqaviləsi 30 iyun 2031-ci ilin yayına qədərdir.
Müdafiəçi bu mövsüm "əczaçılar"ın heyətində bütün yarışlarda 44 oyuna çıxıb, beş qol vurub və üç məhsuldar ötürmə edib.