"Sea Breeze" ərazisində 10 minlik stadion - FOTO

  • Dünən, 16:50

Bakıda tikilməsi planlaşdırılan "Sea Breeze Arena" layihəsi ictimaiyyətə təqdim olunub.

Sportlife.az xəbər verir ki, təqdimat mərasimində iş adamı Emin Ağalarov, “FN Sports & Development” şirkətinin rəhbəri Həmid Fərəməzov, AFFA və PFL nümayəndələri, klub rəhbərləri, veteran futbolçular və media təmsilçiləri iştirak ediblər.

Tədbirdə layihənin detalları açıqlanıb və bildirilib ki, 10 min azarkeş tutumuna malik stadionda klub və milli komandaların oyunları ilə yanaşı, təlim-məşq toplanışları da keçiriləcək.

Kompleksdə futbolla yanaşı MMA, cüdo, güləş və digər idman növləri üzrə yarışların və məşqlərin təşkili də nəzərdə tutulur.

Video təqdimatdan sonra Emin AğalarovHəmid Fərəməzov layihənin tikintisinə start verilməsini nəzərdə tutan müqaviləyə imza atıblar.


Paylaş: