Kompaninin transfer siyahısında sürpriz ad
“Bavariya” yay transfer pəncərəsində müdafiə xəttini gücləndirməyi planlaşdırır.
Sportlife.az “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, Bundesliqa nəhəngi Con Stounzu heyətinə qatmaq variantını nəzərdən keçirir.
İngiltərə millisinin üzvü bu yay “Mançester Siti”dən azad agent kimi ayrıla bilər. Futbolçunun klubla müqaviləsinin müddəti iyunun sonunda başa çatır.
Maraqlıdır ki, Con Stounz daha əvvəl Mançester təmsilçisində Vensan Kompani ilə birlikdə çıxış edib. Hazırda isə belçikalı mütəxəssis “Bavariya”ya rəhbərlik edir və müdafiəçini yenidən komandasında görmək istəyir.
Qeyd edək ki, Con Stounz mayın 28-də 32 yaşını qeyd edəcək.