Rüdiger üçün həlledici həftə

  • Bu gün, 11:50

Antonio Rüdigerin "Real"dakı gələcəyi qeyri-müəyyən olaraq qalır.

Sportlife.az jurnalist Mario Kortegananın yaydığı məlumata istinadən bildirir ki, almaniyalı müdafiəçi klubla müqavilənin uzadılması ilə bağlı hələ yekun razılığa gəlməyib. Rüdigerin gələcəyinə dair yeni görüşlərin gələn həftə keçirilməsi gözlənilir.

33 yaşlı müdafiəçi “Real"ın heyətində 182 oyuna çıxıb, 8 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.


Paylaş: