Azərbaycanda transfer pəncərəsi nə vaxt açılır?

  • Dünən, 18:30

Azərbaycan Premyer Liqasında 2026/27 mövsümü üçün “transfer pəncərələri”nin vaxtı bəlli olub. 

Sportlife.az xəbər verir ki,  bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb. 

Belə ki, yay transfer dövrü 19.06.2026-10.09.2026 (saat 23:59), qış transfer dövrü isə 14.01.2027-10.02.2027 (saat 23:59) tarixlərini əhatə edəcək.

31 mart 2027-ci il azad agent statusuna malik peşəkar oyunçuların sifarişi üçün son tarix kimi müəyyən edilib.


Paylaş: