“Qarabağ”ın yeni hücumçusu yolda

  • Bu gün, 16:50

“Qarabağ” növbəti transfer işlərini yekunlaşdırmaq üzrədir.

Sportlife.az Kiprin kerkida.net saytına istinadən xəbər verir ki, 26 yaşlı qambiyalı hücumçu Zakaria Savo transferi rəsmiləşdirmək üçün Azərbaycana yollanıb.

Futbolçunun Bakıda tibbi müayinədən keçəcəyi və daha sonra “Qarabağ” klubu ilə müqavilə imzalayacağı bildirilir.


Paylaş: