Enzo Fernandesin şərti var

  • Bu gün, 16:31

Enzo Fernandes “Mançester Siti”yə keçə bilər.

Sportlife.az “ESPN”ə istinadən xəbər verir ki, əgər “Çelsi”nin keçmiş baş məşqçisi Enzo Mareska komandaya rəhbərlik etməyə başlayarsa, argentinalı yarımmüdafiəçi “Mançester Siti”yə keçməyə razılıq verəcək.

Bir müddət əvvəl Mareskanın “Mançester Siti” ilə razılığa gəldiyi və Xosep Qvardiolanın gedişindən sonra klubun növbəti baş məşqçisi olacağı açıqlanmışdı.

Bu mövsüm 25 yaşlı Fernandes bütün turnirlərdə 53 oyuna çıxıb, 15 qol vurub və 7 məhsuldar ötürmə edib.


Paylaş: