Braziliyalı müdafiəçi “Yuventus”un satış siyahısında
Qleyson Bremer yayda "Yuventus"dan ayrıla bilər.
Sportlife.az jurnalist Alfredo Pedullaya istinadən xəbər verir ki, Turin klubu bu yay futbolçunu transferə çıxarmağa hazırlaşır.
Qeyd edək ki, Bremer 2022-ci ildə "Torino"dan “Yuventus”a 51 milyon avro qarşılığında transfer olunub. Onun klubla müqaviləsi 2029-cu ilə qədər qüvvədədir.
Braziliyalı müdafiəçi bu mövsüm Turin təmsilçisinin heyətində bütün turnirlərdə 31 oyuna çıxıb, 4 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
"Transfermarkt"ın məlumatına əsasən, futbolçunun bazar dəyəri 35 milyon avro olaraq qiymətləndirilir.