Salah üçün İtaliya variantı
Məhəmməd Salah mövsümün sonunda "Liverpul"dan azad agent kimi ayrılacaq.
Sportlife.az xəbər verir ki, bu barədə "Speedline" məlumat yayıb.
Bildirilir ki, "Yuventus" misirli futbolçunu transfer etməyi düşünür. Turin təmsilçisi gələn mövsüm öncəsi hücum xəttini gücləndirmək niyyətindədir.
Klubun baş məşqçisi Luçano Spalletti Salahı hücumun ön xəttində təcrübə və keyfiyyət artıracaq əsas namizədlərdən biri kimi görür.
Qeyd edək ki, Məhəmməd Salah 2017-ci ildə "Roma"dan "Liverpul"a 42 milyon avro qarşılığında transfer olunub.
Hücumçu bu mövsüm “qırmızılar”ın heyətində bütün turnirlərdə 40 oyuna çıxıb, 12 qol vurub və 9 məhsuldar ötürmə ilə yadda qalıb.