Qurban Qurbanov “Beşiktaş”ın baş məşqçi namizədləri arasında

  • Bu gün, 12:52

“Beşiktaş” Sərgən Yalçınla yollarını ayırdıqdan sonra yeni baş məşqçi axtarışına başlayıb.

Sportlife.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, İstanbul klubunun siyahısında Qurban Qurbanovun adı da yer alır.

Xəbərdə bildirilir ki, “ağ-qaralar” artıq 54 yaşlı mütəxəssisin keçidini təmin etmək üçün ilkin addımlarını atıb və hazırda onu komandaya cəlb etmək üçün danışıqlar aparılır.

Bundan əlavə, rəhbərlik Nuri Şahin, İlhan Palut və Arda Turanı da namizəd siyahısında saxlayır.


Paylaş: