Çempion olub, II Liqaya çıxdılar

  • 18 May 2026, 18:06

AFFA Region Liqasının qalibi bəlli olub.

Sportlife.az xəbər verir ki, finalda "Marafon"u 2:1 hesabı ilə məğlub edən "Zəngəzur" turnirin çempionu adını qazanıb. Bununla da komanda növbəti mövsümdə II Liqada iştirak hüququ əldə edib.

Qeyd edək ki, Region Liqasında bürünc medallara isə "Şəfəq"i 4:1 hesabı ilə üstələyən "Biləsuvar" komandası sahib çıxıb.


Paylaş: