Nərimandan qol ötürməsi – VİDEO
Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadə “Kolumbus Kryu” ilə ABŞ Kubokunda növbəti matçda iştirak edib.
Sportlife.az xəbər verir ki, komanda 1/4 finalda “Nyu York Siti”yə qarşı oynayıb və matç 1:0 hesabı ilə “Kolumbus Kryu”nun qələbəsi ilə yekunlaşıb.
Nəriman oyuna start heyətdə çıxıb və 64-cü dəqiqəyə qədər meydanda qalıb. O, komandasının yeganə qoluna assist edib.
“Kolumbus Kryu” yarımfinalda “Orlando” ilə üz-üzə gələcək.
Nərimanın məhsuldar ötürməsini buradan izləmək mümkündür.