Torres üçün iki variant

  • 19 May 2026, 14:15

“Barselona”nın hücumçusu Ferran Torresin gələcəyi ilə bağlı yeni detallar məlum olub.

Sportlife.az xəbər verir ki, 26 yaşlı futbolçu karyerasını davam etdirmək üçün iki variantı nəzərdən keçirir: yeni müqavilə imzalamaq və ya azad agent kimi klubdan ayrılmaq.

Bildirilib ki, Torres “Barselona”dan ayrılmaq istəmir və karyerasını Kataloniya klubunda davam etdirməyə daha müsbət yanaşır.

Ferran Torres 2022-ci ilin yanvar ayında “Barselona”ya transfer olunub. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin iyununda başa çatır. “Transfermarkt” portalı futbolçunun dəyərini 50 milyon avro olaraq qiymətləndirir.


Paylaş: