Kosta üçün 60 milyon

  • 19 May 2026, 16:24

PSJ yay transfer dönəmində yeni qapıçı transfer etməyi planlaşdırır.

Sportlife.az “Mercado Azul” nəşrinə istinadən xəbər verir ki, Paris təmsilçisi “Porto”nun qapıçısı Dioqo Kostanın transferi üçün danışıqları intensivləşdirib.

Bildirilir ki, Fransa klubunun nümayəndələri son günlərdə həm futbolçunun ətrafı, həm də Portuqaliya klubu ilə bir neçə görüş keçirib. PSJ-nin qolkiperin müqaviləsində yer alan 60 milyon avroluq sərbəstqalma məbləğini ödəməyə hazır olduğu vurğulanıb.

“Porto” isə əsas qapıçısını satmaq niyyətində deyil və onunla yeni müqavilə imzalamağa çalışır.

Yekun qərarı isə Diogo Kostanın özü verəcək. Portuqaliyalı qapıçı hazırda karyerası ilə bağlı bütün variantları dəyərləndirir.


Paylaş: