İspaniya millisində şok itki

  • 18 May 2026, 18:55

"Barselona"nın və İspaniya millisinin vingeri Lamin Yamal dizaltı vətər zədəsindən sonra bərpa prosesi keçdiyi üçün DÇ-2026-nın startını qaçıracaq.

Sportlife.az "The Athletic"ə istinadən xəbər verir ki, gənc futbolçu qrup mərhələsinin iyunun 15-də Kabo-Verdeyə qarşı keçiriləcək ilk oyununda komandasına kömək edə bilməyəcək.

İspaniyalı oyunçunun qrupun iyunun 21-nə təyin olunan Səudiyyə Ərəbistanı ilə ikinci matçında iştirakı da sual altındadır.

Qeyd edək ki, mundial iyunun 11-dən iyulun 19-dək ABŞ, Meksika və Kanadada təşkil olunacaq. İspaniya yığması qrup mərhələsində Kabo-Verde, Səudiyyə Ərəbistanı və Uruqvay komandaları ilə qarşılaşacaq.


Paylaş: