"Beşiktaş" Sərgəni göndərdi
Türkiyənin "Beşiktaş" klubu baş məşqçisi Sərgən Yalçınla yollarını ayırıb.
Sportlife.az xəbər verir ki, bu barədə "TRT Spor" məlumat yayıb.
İstanbul təmsilçisinin 53 yaşlı mütəxəssislə vidalaşdığı bildirilib.
Xatırladaq ki, 2020/2021 mövsümündə də "Beşiktaş"da işləyən Sərgən Yalçın 2025-ci ilin avqustunda komandaya qayıtmışdı.