"Barselona"nın istədiyi forvard
"Barselona" polşalı hücumçu Robert Levandovskinin gedişindən sonra yeni hücumçu axtarışındadır.
Sportlife.az “Tyc Sports”a istinadən xəbər verir ki, Kataloniya klubu "İnter"in argentinalı forvardı Lautaro Martinezlə maraqlanır. Bildirilir ki, İspaniya çempionu artıq futbolçunun agenti ilə ilkin danışıqlara başlayıb.
Lautaronun müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalı 28 yaşlı hücumçunun dəyərini 85 milyon avro olaraq qiymətləndirir.
O, 2025/2026 mövsümündə bütün turnirlərdə 29 oyunda 17 qol vurub və 6 məhsuldar ötürmə edib.