Adeyemi üçün 69 milyonluq tələb

  • 19 May 2026, 16:29

"Mançester Yunayted" və "Çelsi" "Borussiya"nın cinah müdafiəçisi Kərim Adeyemi ilə maraqlanır.

Sportlife.az "TEAMtalk"a istinadən xəbər verir ki, hər iki İngiltərə nəhəngi 24 yaşlı futbolçunu heyətinə qatmaq istəyir.

Almaniyalı futbolçu hələlik "Borussiya" ilə yeni müqavilə ilə bağlı danışıqlarda irəliləyiş əldə etməyib və onun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayında başa çatır.

"Arılar" Adeyemini pulsuz itirmək istəmir. Bu səbəbdən Almaniya klubu futbolçunu təxminən 69 milyon avroya satmağa hazırdır.

Adeyemi bu mövsüm bütün turnirlərdə 39 oyunda meydana çıxıb, 10 qol vurub və 6 məhsuldar ötürmə edib.

 


Paylaş: