“Sabah”da yeni baş məşqçi

  • 19 May 2026, 13:31

“Sabah” basketbol klubu komandanın baş məşqçi postuna serbiyalı mütəxəssis Lazar Spasiçi gətirib.

Sportlife.az xəbər verir ki, yeni baş məşqçi ilə 3 illik müqavilə imzalanıb.

1992-ci il təvəllüdlü serbiyalı mütəxəssis məşqçilik karyerasına 2013-cü ildə “Mladost Zemun” klubunda köməkçi kimi başlayıb və 2016-cı ildən etibarən baş məşqçi postunda çalışıb.

O, müxtəlif illərdə “Rtanj”, “Zdravlye Leskovaç” və “Vrşac” komandalarını çalışdırıb. Son olaraq Almaniya Bundesliqasında “Oldenburq” klubunda baş məşqçi kimi fəaliyyət göstərib.


Paylaş: